"Xilasedici" komandası CEV Çempionlar Liqasında mübarizəyə məğlubiyyətlə başlayıb
Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" komandası CEV Çempionlar Liqasında mübarizəyə start verir.
Crossmedia.az-ın məlumatına görə, Bakıda Portuqaliya təmsilçisi "Sportinq"lə üz-üzə gələn Cəlil Cəlilovun baş məşqçisi olduğu kollektiv rəqibinə uduzub - 2:3 (23:25, 25:19, 25:23, 23:25, 10:15).
II təsnifat mərhələsinin oyunu Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilib.
Xatırladaq ki, tərəflər arasındakı cavab görüşü noyabrın 11-də olacaq.
21:08 03.11.2026
Oxunuş sayı: 62