Krit adası yaxınlığında 4,9 maqnitudalı zəlzələ olub
Yunanıstanın Krit adası sahillərində 4,9 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanların episentri 5 kilometr dərinlikdə yerləşib.
Crossmedia.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) mütəxəssisləri məlumat yayıb.
Zəlzələ noyabrın 3-də yerli vaxtla saat 13:03-də (Bakı vaxtı ilə 15:03) qeydə alınıb.
Episentr təxminən 12 min nəfərin yaşadığı İerapetra şəhərindən 103 kilometr cənub-şərqdə, 137 min nəfər əhalisi olan İraklion şəhərindən isə 167 kilometr məsafədə yerləşib.
Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
22:06 03.11.2026
Oxunuş sayı: 56