Arvadını xilas etmək üçün özünü qurban etdi
Rusiyanın İrkutsk şəhərində kişi ayının hücumundan həyat yoldaşını xilas etmək üçün özünü qurban verib. Hadisə zamanı qadın ağır xəsarət alaraq sağ qalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Tatarıstanın Respublika Klinik Xəstəxanası “VKontakte” sosial şəbəkəsində məlumat yayıb.
Hadisə oktyabrın 4-də baş verib. Kazandan olan ər-arvad iş yoldaşları ilə birlikdə ezamiyyətdə olarkən hamama getməyə hazırlaşıb. Bu zaman meşədən çıxan ayı binaya yaxınlaşaraq içəri girməyə çalışıb, qapıları sındırıb, pəncərələri dağıdıb.
Vəziyyətin təhlükəli olduğunu görən kişi ayının diqqətini özünə yönəltmək qərarına gəlib. Bu, həyat yoldaşının xilas olmasına imkan yaradıb.
Qadın ikinci mərtəbənin pəncərəsindən tullanaraq canını qurtarıb, lakin bu zaman ayağı ağır sınıb.
22:23 03.11.2026
Oxunuş sayı: 58