"Turan" komandası CEV Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Crossmedia.az-ın məlumatına görə, III təsnifat mərhələsində Bolqarıstanın "Maritsa" klubunun qonağı olan Azərbaycan çempionu 3:0 (25:22, 25:22, 25:20) hesablı qələbəyə sevinib.
Xatırladaq ki, tərəflər arasındakı cavab görüşü noyabrın 11-də keçiriləcək. "Turan" II təsnifat mərhələsində Xorvatiyanın "Mladost" komandasına qalib gəlib - 3:0, 3:2.
22:33 03.11.2026
Oxunuş sayı: 64