Ermənistanda ağır yol qəzası: 8 nəfər ölüb, 3 nəfər yaralanıb
Ermənistanın Araqatsotn vilayətində baş verən ağır yol qəzası nəticəsində 8 nəfər ölüb, 3 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, “Shamshyan.com” saytının məlumatına görə, hadisə Yerevan-Vanadzor avtomobil yolunda qeydə alınıb.
Qəza zamanı yük maşını ilə üç minik avtomobili toqquşub. Ermənistan Daxili İşlər Nazirliyi hadisə ilə bağlı hələlik ətraflı məlumat açıqlamayıb, yalnız qəzanın baş verdiyini və ölənlərlə yaralıların olduğunu təsdiqləyib.
23:12 03.11.2026
Oxunuş sayı: 62