Polşa Konstitusiya Tribunalında iclas 8 hakimin iştirakı ilə keçirilib
Polşanın Konstitusiya Tribunalında 15 hakimdən yalnız 8-nin iştirak etdiyi iclasda kvorum təsdiqlənib.
Crossmedia.az xəbər verir ki, iclasın görüntüləri “TVP Info”nun “YouTube” kanalında yayımlanıb.
Toplantıda iştirak edən bütün hakimlər kvorumun təsdiqlənməsinə səs veriblər. Özünü Konstitusiya Tribunalının sədr əvəzi elan edən Anna Korvin-Piotrovskayanın fikrincə, hazırda 15 hakimdən üçü öz səlahiyyətlərini icra etmək hüququna malik deyil. Buna görə də kvorumun 15 deyil, 12 hakim əsasında hesablanmalı olduğunu bildirib.
İclas zamanı tribunalın 2027-ci il üzrə gəlir və xərclər smetası, həmçinin intizam komissiyalarının tərkibi də təsdiqlənib.
Bu komissiyalar Konstitusiya Tribunalının sədr əvəzi Boqdan Sventsçkovskinin və onun müavini Bartlomey Soxanskinin toxunulmazlığının ləğvi məsələsinə baxacaq.
22:52 03.11.2026
Oxunuş sayı: 53