Konstitusiya Məhkəməsi ilə bağlı mübahisə Polşada istefalara səbəb olub
Polşanın Helsinki İnsan Hüquqları Fondunun (HFPC) Müşahidə Şurasının yeddi üzvü ölkənin Konstitusiya Tribunalı ilə bağlı yaranan fikir ayrılığı səbəbindən istefa verib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Onet” portalı məlumat yayıb.
İstefa verənlər arasında Konstitusiya Tribunalının sabiq sədrləri və hakimləri Andjey Jeplinski və Miroslav Vojikovski, eləcə də hüquqşünaslar Henrika Boxnyaj, Voyçex Sadurski və Eva Voydıllo-Osatınska var.
Nəzarət funksiyasını həyata keçirən Müşahidə Şurasında hazırda yalnız onun sədri Danuta Pşivara qalıb.
Münaqişəyə fondun İdarə Heyətinin Konstitusiya Tribunalının sədr əvəzi Anna Korvin-Piotrovskayanın qurumun rəhbəri Boqdan Sventsçkovskinin səlahiyyətlərini dayandırması ilə bağlı qərarının qanuniliyini şübhə altına alması səbəb olub.
Fondun rəhbəri Masey Novitskinin imzaladığı bəyanatda İdarə Heyətinin ən uzun hakimlik stajına malik hakimin belə qərar qəbul etməsi üçün aydın hüquqi əsaslar görmədiyi bildirilib.
İstefa verənlərdən Hanna Maçinska isə qərarın səbəbinin fondun İdarə Heyətinin Konstitusiya Tribunalı ilə bağlı son mövqeyi olduğunu və bu mövqe ilə razılaşmadığını deyib.
Onun sözlərinə görə, İdarə Heyəti ilə Müşahidə Şurası arasında fikir ayrılığı ilk dəfə deyil yaşanır. Maçinska həmçinin indiyədək Şuranın birliyini qoruyub saxlamasına görə Danuta Pşivaraya təşəkkür edib.
21:57 03.11.2026
Oxunuş sayı: 63