Ermənistan Avropa İttifaqına üzvlük üçün müraciətə hazırlaşır
Ermənistan 2027 və ya 2028-ci ildə Avropa İttifaqına (Aİ) üzvlük üçün rəsmi müraciət edə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan “Euronews”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistanın gələn il Aİ-yə üzvlük üçün müraciət etməsi real görünür. Paşinyan 2028-ci ili də mümkün tarix kimi qiymətləndirib.
Baş nazir qeyd edib ki, ölkə artıq Avropa İttifaqına tamhüquqlu üzvlük üçün rəsmi müraciətlə bağlı yekun qərara gətirib çıxaracaq prosesə başlayıb.
Hazırda Ermənistan Aİ-yə üzvlük üçün müraciət etməyib. Ölkə 2029-cu ilədək başa çatdırılması nəzərdə tutulan viza rejiminin liberallaşdırılması ilə bağlı Avropa İttifaqı ilə danışıqlar aparır.
Paşinyan Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə Avrasiya İqtisadi İttifaqında qalmaq arasında seçim etməli olacağını da etiraf edib.
22:44 03.11.2026
Oxunuş sayı: 56