Rusiyada neft emalı zavodlarında yanacaq istehsalı artırılır
Rusiyanın bir sıra neft emalı zavodlarında yanacaq istehsalının artırılması məqsədilə yeni qurğular istifadəyə verilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya hökuməti Baş nazirin müavini Aleksandr Novakin sədrliyi ilə keçirilən yanacaq bazarındakı vəziyyətə dair iclasın yekunları üzrə məlumat yayıb.
Bildirilib ki, bir sıra NEZ-lərdə əlavə qurğular artıq istismara verilib və bunun nəticəsində neft məhsullarının istehsal həcmi artırılıb.
İclasda yanacaq ehtiyatları, istehsal və istehlak arasındakı balans, həmçinin infrastrukturun yüklənməsi məsələləri müzakirə olunub. Daha əvvəl Novak Rusiyada yanacağın kiçik topdansatış seqmentində qiymət vəziyyətinə nəzarətin gücləndirilməsini tapşırıb.
22:51 14.09.2026
Oxunuş sayı: 44