Rusiyada Budanova qiyabi həbs ediblər
Rusiyada Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanova qarşı qiyabi həbs qərarı çıxarılıb.
Crossmedia.az xəbər verir ki, Rusiya məhkəmə orqanları bu barədə qərar qəbul edib.
Moskva Budanovu hərbi əsirlərə və mülki əhaliyə qarşı qəddar rəftar etməkdə, Rusiyanın əmlakını talamaqda, insanların deportasiyasında və müharibənin qadağan olunmuş üsullarından istifadə etməkdə ittiham edir.
İttihamların Rusiya tərəfinin mövqeyinə əsaslandığı bildirilir.
17:13 09.09.2026
Oxunuş sayı: 37