CROSSMEDIA - Analitik İnformasiya Portalı

Çarpaz baxış

21:08 22.05.2026

Türkiyədə bəzi tarixi və coğrafi anlayışlar dəyişir: Bəs Azərbaycanda necə olacaq?

451

Professor “Coğrafi kəşflər” anlayışının “Sömürgəçiliyin başlanğıcı” ilə əvəz olunmasının maraqlı yanaşma olduğunu deyib: "Çünki bu dəyişiklik Avropa mərkəzli tarix anlayışından uzaqlaşaraq həmin proseslərin başqa xalqlar üçün yaratdığı mənfi nəticələri – işğal, istismar və müstəmləkəçilik siyasətini ön plana çıxarır. Bu cür yanaşma şagirdlərdə tarixi hadisələrə daha tənqidi baxış formalaşdıra bilər. Eyni zamanda, Avropa ölkələri tərəfindən də qınağa səbəb ola bilər. Məncə, bu dəyişikliklər şagirdlərin milli kimlik şüurunu gücləndirə, tarixi hadisələrə alternativ baxış formalaşdıra bilər. Lakin bununla yanaşı, burada əsas məsələ balansın qorunmasıdır. Tarix həm milli dəyərləri qoruyan, həm də obyektivliyi itirməyən şəkildə tədris olunmalıdır. Çünki tarix təhsili yalnız emosional bağlılıq deyil, eyni zamanda analitik düşüncə və fərqli baxışları anlama bacarığı da formalaşdırmalıdır. Yəni, əsas məsələ dəyişikliklərin olub-olmaması deyil, onların necə təqdim edilməsidir. Əgər terminlər yalnız emosional və ideoloji yanaşma yaratmaq üçün dəyişdirilərsə, bu, şagirdlərdə birtərəfli düşüncə formalaşdıra bilər. Amma məqsəd tarixi hadisələrə alternativ və daha geniş baxış qazandırmaqdırsa, bu zaman müəyyən dəyişikliklər faydalı da ola bilər. Mən düşünürəm ki, tarix dərslərində milli mövqenin olması normaldır, lakin qeyd etdiyim kimi elmi obyektivlik və balans da qorunmalıdır. Şagird həm öz milli kimliyini dərk etməli, həm də dünya tarixini müxtəlif baxışlardan analiz etməyi bacarmalıdır".

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR