Azərbaycan cüdoçuları İspaniya Supekubokunda 2 qızıl medal qazanıblar
Azərbaycan cüdoçuları İspaniya Superkubokunda 2 qızıl medal qazanıblar.
Crossmedia.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, milli üzvləri Valensiyada keçirilən beynəlxalq təlim-məşq toplanışı çərçivəsində turnirdə qüvvələrini sınayıblar.
Zelim Tçkayev (90 kq) və Murad Fətiyev (100 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.
Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı avqustun 22-də başa çatacaq.
12:49 17.08.2026
Oxunuş sayı: 51