Rusiya Afrikadan 3 minə yaxın muzdlu döyüşçü cəlb edib
Rusiya Ukraynaya qarşı müharibədə döyüşmək üçün Afrikanın 37 ölkəsindən 3 minə yaxın muzdlu döyüşçü cəlb edib.
Crossmedia.az xəbər verir ki, "Suspilne" bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər yayıb.
Məlumata görə, hazırda Ukraynanın əsirliyində Afrikanın 17 ölkəsinin 35 vətəndaşı var.
Ən çox muzdlu döyüşçünün Keniya, Misir, Kamerun, Qana, Nigeriya, Uqanda, Əlcəzair və Malidən cəlb edildiyi bildirilir.
Məlumata əsasən, Rusiya tərəfindən cəlb edilən 486 afrikalı muzdlu döyüşçü döyüşlərdə həlak olub.
11:47 17.08.2026
Oxunuş sayı: 48