İran ABŞ ilə müharibəyə HAZIRLAŞIR
İranın ABŞ-la yeni hərbi qarşıdurmanın başlaya biləcəyini nəzərə alaraq hazırlıq gördüyü iddia edilir.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” bu barədə adı açıqlanmayan rəsmilərə və kəşfiyyat məlumatlarına istinadən yazıb.
Nəşrin məlumatına görə, Tehranda hazırkı danışıqların yalnız “münaqişədən əvvəlki fasilə” ola biləcəyi qənaətindədirlər. İran tərəfinin ABŞ və İsrail arasında əldə olunan memorandumun qlobal iqtisadiyyata təzyiqi azaltmaq və əlavə vaxt qazanmaq cəhdi olduğunu düşündüyü bildirilir.
Məlumata görə, İran mümkün yeni qarşıdurma ehtimalını nəzərə alaraq hərbi və strateji hazırlıqlarını davam etdirir.
10:07 17.08.2026
Oxunuş sayı: 50