Ferrari-nin ilk elektrikli modeli rekord məbləğə satıldı
Ferrari-nin elektrikli avtomobil dövrünü başladan “Luce” modeli hələ müştərilərə təhvil verilməmiş avtomobil tarixinin ən yüksək məbləğli hərraclarından birinin qəhrəmanına çevrilib. İtaliya markasının tam elektriklə işləyən ilk modeli “Luce”nin “Chassis 0” adlandırılan ilk seriya istehsalı nümunəsi Kaliforniyada keçirilən hərracda 40 milyon dollara satılıb.
Crossmedia.az xəbər verir ki, hərracı RM Sotheby’s təşkil edib. Şirkət satışdan sonra “Luce”nin hərracda satılan ən bahalı yeni avtomobil olduğunu açıqlayıb. Bununla da model yeni avtomobillər kateqoriyasında əvvəlki rekord göstəricini əhəmiyyətli dərəcədə geridə qoyub.
Hərracdan əvvəl RM Sotheby’s avtomobilin dəyərinin 1,1 milyon dollardan çox olacağını proqnozlaşdırmışdı. Lakin təkliflərin sürətlə artması nəticəsində avtomobilin satış qiyməti 40 milyon dollara yüksəlib.
Bu satış Ferrari-nin elektrikli avtomobil bazarına girişini simvolizə etməklə yanaşı, nadir və ilk istehsal nümunələrinin kolleksiyaçılar üçün nə qədər yüksək dəyərə malik ola biləcəyini də göstərib.
08:50 17.08.2026
Oxunuş sayı: 61