Rusiyalı strimer Qazaxıstandan qovuldu - 5 il qadağa
Rusiyalı strimer ˝Fasoollka˝ ləqəbli Kseniya Quzayeva Qazaxıstandan deportasiya olunub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, buna səbəb onun canlı yayımlar zamanı etdiyi təxribatçı və qeyri-korrekt açıqlamalar olub.
Quzayeva yayımlarından birində Qazaxıstanı Ştrafostan adlandırıb, həmçinin Pavlodarı Rusiya şəhəri kimi təqdim edib. Bundan əlavə, o, efirlərdən birində qazax qızları barədə təhqiramiz ifadə işlədib.
Qazaxıstan hakimiyyəti bu açıqlamaları ölkə qanunvericiliyinə zidd hesab edib və strimerin ölkədən çıxarılması barədə qərar verib.
20:46 13.08.2026
Oxunuş sayı: 41