3 AYLIQ SU PROBLEMİ: Binəqədi sakinləri çıxış yolu axtarır
Binəqədi rayonunun 3-cü mədən, 125-ci korpus ərazisində
yaşayan sakinlər su problemindən narazıdır.
Crossmedia.az-a daxil olan şikayətə əsasən, ərazidə təxminən
3 aydır su təchizatı ilə bağlı ciddi problem yaşanır. Sakinlərin sözlərinə görə,
su normal şəkildə verildiyi vaxtlarda belə əsasən gecə saat 04:00 radələrində cəmi
yarım saat ərzində verilir.
Şikayətçinin bildirdiyinə görə, son bir həftə ərzində isə
verilən suyun təmizliyi ilə bağlı da problem yaranıb.
Söhbət Binəqədi rayonu, 3-cü mədən, 125-ci korpus, yeni
tikilən Araz Mallın arxasında yerləşən ərazidən gedir.
Qeyd edək ki, eyni ərazidə su təchizatının qrafiklə həyata
keçirilməsi ilə bağlı daha əvvəl də sakinlərin şikayətləri ictimaiyyətə
açıqlanıb. 2026-cı ilin iyulunda yayılan məlumatda 3-cü mədən, 125-ci korpus ərazisində
sakinlərin aylardır suyun məhdud verilməsindən şikayət etdiyi, aidiyyəti qurum
isə ərazidə qrafikli su rejiminin tətbiq olunduğunu bildirmişdi.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyind-a (ADSEA) sorğu ünvanladıq.
Cavab olaraq sözügedən ünvanda abonentlərin su təchizatı qrafik rejimi ilə tənzimləndiyi barədə məlumat verilib. Həmçinin qrafikli rejimlərin tətbiqi bütün abonentlərin dayanıqlı içməli su ilə təminatına hesablandığı qeyd olunub.
Qurumun baş mühəndisi Məlik Həsənov bildirib ki, problem yaxın zamanda həll olunacaq, əraziyə su düzgün qrafiklə veriləcək.
Məhəbbət Tərlanoğlu
16:30 13.08.2026
Oxunuş sayı: 73