Zabitin partladılması ilə bağlı 32 yaşlı qadın saxlanıldı
Rusiya Federal Təhlükəsizlik Xidməti Rusiyanın tərəfinə keçmiş birinci dərəcəli kapitan Şaqeyevin partladılmasında şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti bu barədə məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxs Yaroslavl şəhərindən olan və Soçidə yaşayan 32 yaşlı Marqarita Reutdur. FSB-nin bildirdiyinə görə, Reut günahını etiraf edib və zabitə qarşı partlayış törətməsinə görə ödənişi kriptovalyuta ilə aldığını deyib.
16:08 13.08.2026
Oxunuş sayı: 55