Yaponiya Putinə görə Rusiya səfirini çağırdı
Yaponiya Xarici İşlər Nazirliyi Rusiya Prezidenti Vladimir Putinin İturup adasına səfəri ilə bağlı Rusiyanın Tokiodakı səfiri Nikolay Nozdrevi çağırıb.
Crossmedia.az xəbər verir ki, “Kyodo” bu barədə məlumat yayıb.
Yaponiya tərəfi səfərlə bağlı Rusiyaya kəskin etirazını bildirib. İturup Cənubi Kuril adalarından biridir və Tokio bu əraziləri özünün Şimal Əraziləri hesab edir.
14:59 13.08.2026
Oxunuş sayı: 54