Hakan Fidan Misirə səfər edəcək
Türkiyənin xarici işlər naziri Hakan Fidan avqustun 13-14-də Misirə səfər edəcək.
Crossmedia.az xəbər verir ki, Fidan Türkiyə-Misir Birgə Planlaşdırma Qrupunun ikinci iclasında iştirak edəcək və ikitərəfli görüşlər keçirəcək.
Səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı münasibətlərin inkişafı ilə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir.
12:06 13.08.2026
Oxunuş sayı: 38