Nəsimi rayonunda avtobusda yanğın baş verib - FHN-dən AÇIQLAMA
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində avtobusda yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Crossmedia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən avtobusda baş vermiş yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb. Bilavasitə yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.
Yanğının səbəbləri araşdırılır.
Zeynəb Həsən
10:50 13.08.2026
Oxunuş sayı: 45