Başqırdıstanda “Wildberries” obyektində yanğın
Rusiyanın Başqırdıstan Respublikasının Çişmi rayonunda “Wildberries” şirkətinə məxsus böyük anbar-logistika kompleksində yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, ilkin məlumatlara görə, obyektə Ukrayna PUA-larının zərbəsindən sonra kompleksin ərazisində genişmiqyaslı yanğın başlayıb.
Məlumata əsasən, kompleks “Wildberries” məhsullarının saxlanılması, çeşidlənməsi və sonrakı paylanması üçün istifadə olunur.
10:35 13.08.2026
Oxunuş sayı: 51