HRW ABŞ Konqresini Ukraynaya kasetli sursat verilməsinə mane olmağa çağırıb
“Human Rights Watch” təşkilatı ABŞ Konqresini Türkiyədən Ukraynaya 10 milyondan çox kasetli sub-sursatın ötürülməsinin qarşısını almağa çağırıb.
Crossmedia.az xəbər verir ki, təşkilatın məlumatına görə, söhbət 70 ədəd kasetli ATACMS M39, 2524 ədəd M26 raketi və 47 min M509A1 artilleriya mərmisinin yenidən ixracından gedir.
“Human Rights Watch” bildirib ki, sursatların əhəmiyyətli hissəsinin 30 ildən çox yaşı var və buna görə də partlamamış elementlər mülki əhali üçün əlavə təhlükə yarada bilər.
Təşkilat qeyd edib ki, Ukrayna 2023-cü ildə ABŞ-dən aldığı kasetli sursatlardan sıx məskunlaşmış və şəhər ərazilərində istifadə etməmək və istifadə yerlərini sonradan minalardan təmizləmək üçün qeydə almaq öhdəliyi götürüb.
2026-cı ildə ABŞ Müdafiə Nazirliyinin yayımladığı araşdırmada da Ukraynanın bu məhdudiyyətlərə əməl etdiyi və ABŞ tərəfindən verilən sursatları sıx məskunlaşmış ərazilərdə istifadə etmədiyi bildirilib.
15:15 12.08.2026
Oxunuş sayı: 39