Panama kanalında su böhranı qlobal ticarəti təhdid edir
Panama kanalının əsas su mənbələrindən biri olan Qatun gölündə su səviyyəsinin kəskin azalması gəmiçilik üçün ciddi problemlər yaradır. Quraqlıq və iqlim dəyişikliklərinin təsiri ilə kanaldan keçən gəmilərin sayının məhdudlaşdırılması daşınma vaxtını və xərclərini artırır. Mütəxəssislər problemin gələcəkdə daha da ağırlaşa biləcəyini bildirirlər.
Crossmedia.az xəbər verir ki, 1913-cü ildə Panama kanalının yaradılması üçün doldurulan Qatun gölündə su səviyyəsinin azalması nəticəsində yağışlı mövsümdə belə ağacların suyun üzərində görünməsi qeydə alınıb.
Su qıtlığı gəmilərin kanaldan keçid imkanlarını məhdudlaşdırdığı üçün bəzi yükdaşıyanlar Afrikanın Ümid burnu və ya Süveyş kanalı üzərindən daha uzun marşrutlardan istifadə etməyə məcbur qalırlar. Kanalda keçid yerləri uğrunda yaranan rəqabət isə daşınma müddətinin və logistika xərclərinin artmasına səbəb olur.
İqlim dəyişiklikləri səbəbindən Mərkəzi Amerikada yağıntıların gələcəkdə daha da azalacağı proqnozlaşdırılır. Problemin həlli üçün milyardlarla dollar və uzun illər tələb oluna biləcəyi qeyd edilir.
08:32 13.08.2026
Oxunuş sayı: 44