Uitkoff Putinə təşəkkür edib
ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya Prezidenti Vladimir Putinə Robertin əfv edilməsinə görə təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, Uitkoff bu barədə “X” hesabında paylaşım edib.
“Robertin humanitar əsaslarla əfv edilməsinə və bu prosesdə şəxsən iştirakına görə Prezident Putinə təşəkkür edirik”, – Uitkoff bildirib.
Qeyd edək ki,Robert Gilman keçmiş ABŞ dəniz piyadasıdır (Marine) və eyni zamanda ingilis dili müəllimi kimi çalışıb. O, 2022-ci ildə Rusiyada saxlanılıb və polis əməkdaşına hücum etməkdə ittiham olunaraq həbs cəzası alıb. 11 avqust 2026-cı ildə Vladimir Putin onu humanitar əsaslarla əfv edib və Gilman Rusiyadan azad edilərək ABŞ-yə qaytarılıb.
11:34 12.08.2026
Oxunuş sayı: 50