Ağcabədidə dəhşətli yol qəzası can aldı
Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb.
1986-cı il təvəllüdlü Eldəniz Eldar oğlu Musayev Rüstəm Müzəffər oğlu Əliyevə məxsus "NAZ Lifan" markalı avtomobillə kənddən Ağcabədi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yol kənarındakı maneəyə çırpılıb. Nəticədə Eldəniz Musayev aldığı xəsarətlərdən hadisə yerində ölüb, Rüstəm Əliyev isə başın təpə nahiyəsinin kəsilmiş-soyulmuş yarası xəsarətini alıb.
Faktla bağlı cinayət işi başlanılıb.
09:43 06.08.2026
Oxunuş sayı: 53