Zelenski: Putin ABŞ-İran müharibəsinin uzanmasını istəyir
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ ilə İran arasında qarşıdurmanın mümkün qədər uzun sürməsində maraqlıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Ukrayna kəşfiyyatının əldə etdiyi məlumatlar Kreml rəhbərliyinin Yaxın Şərqdəki münaqişənin davam etməsindən məmnun olduğunu göstərir.
Ukrayna lideri hesab edir ki, ABŞ-İran qarşıdurması Vaşinqtonun diqqətini Rusiya-Ukrayna müharibəsindən yayındırır və bu da Moskvanın maraqlarına uyğundur.
Zelenski əlavə edib ki, Rusiya İrana pilotsuz uçuş aparatları ötürüb və həmin dronlardan Yaxın Şərqdə, o cümlədən İsrailə qarşı hücumlarda istifadə olunub. Onun sözlərinə görə, vurulan pilotsuz aparatların qalıqlarında Rusiya istehsalı olan komponentlər aşkarlanıb.
Prezident qeyd edib ki, bu məlumatları ABŞ Prezidenti Donald Trampla bölüşüb. Tramp isə məsələni Vladimir Putinlə görüş zamanı dəqiqləşdirəcəyini bildirib.
15:18 31.07.2026
Oxunuş sayı: 62