Şavkat Mirziyoyev Azərbaycanın məşvərət görüşlərinə qoşulmasını yüksək qiymətləndirib
Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşləri formatına qoşulması qarşılıqlı əlaqəni keyfiyyətcə yeni makroregional səviyyəyə çıxarır.
Crossmedia.az xəbər verir, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev "Mərkəzi Asiya – Azərbaycan" qeyri-rəsmi məşvərət görüşündə bildirib.
"Qarşımızda Mərkəzi Asiyanı, Cənubi Qafqazı və yaxın qonşumuz Əfqanıstanı birləşdirəcək vahid inkişaf məkanı formalaşdırmaq üçün tarixi imkan açılır. Bu məqamdan tam şəkildə istifadə etmək və Avrasiyanın düz mərkəzində davamlı inkişaf, qarşılıqlı əlaqəlilik və mehriban qonşuluq üçün birgə səylərlə möhkəm əsaslar yaratmaq lazımdır", - o bildirib.
13:09 31.07.2026
Oxunuş sayı: 56