ABŞ İrana gizli hücumlar həyata keçirib
ABŞ ordusu son həftələr ərzində İran ərazisində raket buraxılış qurğularını və digər hərbi texnikanı hədəf alan məhdudmiqyaslı zərbələr həyata keçirib. Əməliyyatlar ictimaiyyətə açıqlanmadan və insan itkilərinə yol verilmədən aparılıb.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Donald Tramp administrasiyasının yüksəkvəzifəli rəsmiləri hərbi əməliyyatların gizli saxlanılması barədə razılığa gəliblər.
Buna səbəb davam edən hərbi zərbələrin ictimaiyyətə açıqlanmasının ABŞ-da keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının mövqeyinə mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıq olub.
Məsələ ilə bağlı müzakirələrdə ABŞ-nin vitse-prezidenti Cey Di Vens, dövlət katibi Marko Rubio və digər yüksəkvəzifəli rəsmilər iştirak ediblər.
Məlumata əsasən, qəbul edilən yanaşma prezident Donald Trampa təqdim olunub və o da əməliyyatların ictimaiyyətə açıqlanmaması ilə razılaşıb.
ABŞ qüvvələri bu müddətdə əsasən İranın raket sistemlərini və digər hərbi avadanlıqlarını hədəfə alıb. Əməliyyatlar genişmiqyaslı döyüşlərin yenidən başlanması təəssüratını yaratmamaq üçün məhdud şəkildə həyata keçirilib.
10:01 05.11.2026
Oxunuş sayı: 76