Rusiya Kiyevdə logistika mərkəzinə zərbə endirib
Rusiya ordusunun Ukraynanın Kiyev vilayətində yerləşən logistika obyektinə endirdiyi zərbə nəticəsində yanğın baş verib, bir nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti bu barədə məlumat yayıb.
Məlumata görə, hücum Kiyev vilayətinin Buça rayonunda yerləşən logistika infrastrukturunu hədəf alıb.
Zərbə nəticəsində anbar ərazisində yanğın başlayıb. Hadisə yerinə Buça və vilayətin digər rayonlarından xilasedicilər cəlb olunub, əlavə qüvvələr göndərilib.
Yanğının lokallaşdırıldığı, hazırda isə yanan ərazilərin soyudulması və zədələnmiş konstruksiyaların sökülməsi işlərinin davam etdirildiyi bildirilib.
İlkin məlumatlara əsasən, hadisə nəticəsində ölən olmayıb, bir kişi xəsarət alıb.
11:12 05.11.2026
Oxunuş sayı: 66