Vens Trampdan narazı seçiciləri ətrafında birləşdirməyə çalışır
ABŞ-nin vitse-prezidenti Cey Di Vens 2028-ci il prezident seçkiləri ərəfəsində Donald Trampın xarici siyasətindən narazı olan respublikaçı seçicilərin dəstəyini qazanmağa çalışır.
Crossmedia.az xəbər verir ki, “Fox News” mənbələrinə istinadən bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, Vens Trampı dəstəkləsələr də, onun İranla bağlı siyasətindən və İsraillə münasibətlərindən narazı olan seçicilərlə siyasi əlaqələrini gücləndirmək niyyətindədir.
Vitse-prezident noyabrın 3-də keçirilən aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyətini İranla müharibə ilə əlaqələndirib.
O, seçicilərin dəstəyini bərpa etmək üçün İranla müharibənin dayandırılmasını, yaşayış xərclərinin və inflyasiyanın azaldılmasını, ABŞ-nin maraqlarının prioritet tutulmasını və İsraillə münasibətlərə yenidən baxılmasını vacib hesab etdiyini bildirib.
Tramp administrasiyasındakı mənbə qeyd edib ki, Vensin bu mövqeyi prezidentlə siyasi əlaqələrini kəsməsi anlamına gəlmir.
Mənbənin sözlərinə görə, vitse-prezident Trampın xarici siyasətini dəstəkləməyən, lakin onun siyasi tərəfdarı olaraq qalan respublikaçılara öz baxışlarının onlarla üst-üstə düşdüyünü göstərməyə ç
11:29 05.11.2026
Oxunuş sayı: 71