ABŞ Ukraynada yeni təhlükəsizlik strukturu üzərində işləyir
ABŞ administrasiyası Ukraynada hərbi əməliyyatlar dayandıqdan sonra müharibənin yenidən bərpa olunmamasını təmin edəcək yeni təhlükəsizlik arxitekturasının yaradılması üzərində çalışır.
Crossmedia.az xəbər verir ki, Trampın Ukrayna üzrə danışıqlardakı nümayəndəsi Cared Kuşner bu barədə məlumat yayıb.
"Prezident Trampın tapşırığı ilə biz davamlı sülh yolunu tapmaq üçün bütün tərəflərlə fəal işləyirik. Diqqətimiz yalnız bu dəhşətli müharibəni dayandırmağa deyil, həm də döyüş əməliyyatları dayandırıldıqdan sonra onların bir daha başlanmaması üçün zəruri olan daha geniş təhlükəsizlik arxitekturasına yönəlib", — deyə Kuşner bildirib.
11:36 05.11.2026
Oxunuş sayı: 65