Deputatdan Xəzərin balıq ehtiyatları ilə bağlı xəbərdarlıq
Xəzər dənizinin su bioresursları ehtiyatlarının qorunub saxlanılmasına diqqət artırılmalıdır.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Bakıda keçirilən I Akvakultura Forumunda bildirib.
Onun sözlərinə görə, alıq ehtiyatları qorunmalı, qeyri-qanuni balıq ovu aradan qaldırılmalı və nəzarət gücləndirilməlidir: "Açığı, hər birimiz bu sahədə olan mövcud çətinlikləri, eləcə də yol verilən nöqsanları aydın görürük. Ancaq hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyinin nəzdində ayrıca qurumun yaradılması və ona verilən dəstək, bir çox tədbirlərin həyata keçirilməsi, bu sahənin inkişafı üçün imkan yaradıb".
Deputat həmçinin deyib ki, "Balıqçılıq haqqında" qanun imkan verir ki, bu sahədə əsaslı tədbirlər görülsün: "Həmin qanunda balıqçılığın inkişafı, bu sahədə dövlətin vəzifələri, dəstək mexanizmi, eləcə də digər mühüm tədbirlər öz əksini tapıb. Əlbəttə ki, bu forum da məhz ölkədə ərzaq bolluğunun təmin olunmasına və akvakultura sahələrinin inkişafına xidmət edir. Qarşıda qoyulan vəzifə çox məsuliyyətlidir".(Report)
10:41 05.11.2026
Oxunuş sayı: 63