ABŞ siyasətçisi: Trampın İranla bağlı konkret planı yoxdur
ABŞ siyasətçisi Əbdül Əl-Səyyed prezident Donald Trampın İranla bağlı siyasətini tənqid edərək onun müharibəni başa çatdırmaq üçün konkret planının olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, ABŞ siyasətçisi Əbdül Əl-Səyyed bu barədə açıqlama verib.
Onun sözlərinə görə, Tramp İranda hərbi əməliyyatları sona çatdırmaq istədiyini desə də, buna necə nail olacağını açıqlamır.
“Tramp deyir ki, işi sona çatdırmaq istəyir, lakin əslində bunu necə edəcəyinə dair planı yoxdur”, – deyə siyasətçi bildirib.
Əl-Səyyed vəziyyəti evdə təmir işləri aparmaq üçün podratçı tutmaqla müqayisə edib:
“Təsəvvür edin ki, evinizdə müəyyən işi görmək üçün podratçı tutmusunuz. O isə işi daim təxirə salır və iki aya tamamlanmalı olan iş altı aydan sonra da başa çatmır”.
Siyasətçi bildirib ki, əslində, həmin işə əvvəldən ehtiyac olmayıb və insanları bunun zəruriliyinə inandırıblar.
“Biz əvvəldən bu işi istəməmişdik, onsuz da vəziyyətimiz yaxşı idi. Sadəcə, bizi əsassız vədlərlə inandırdılar. Baş verənlər məhz bundan ibarətdir. Biz daha yaxşısına layiqik”, – deyə o vurğulayıb.
09:42 05.11.2026
Oxunuş sayı: 61