ABŞ İrana hücuma hazırlaşır
ABŞ ordusu İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların mümkün bərpasına hazırlıqları yekunlaşdırır. Bu çərçivədə regiona əlavə hərbi qüvvələrin göndərilməsi də nəzərdə tutulur.
Crossmedia.az xəbər verir ki, “Axios” nəşri bu barədə məlumat yayıb.
Məlumata görə, ABŞ hərbi rəhbərliyi İranla qarşıdurmanın yenidən genişlənməsi ehtimalını nəzərə alaraq Yaxın Şərqdəki qüvvələrinin hazırlıq səviyyəsini artırır.
Hazırlıq tədbirləri çərçivəsində regiona əlavə hərbi gəmilərin, döyüş təyyarələrinin və hərbi qulluqçuların yerləşdirilməsi istiqamətində addımlar atılır.
Bununla belə, ABŞ Prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpası barədə hələ yekun qərar qəbul etməyib.
Tramp noyabrın 2-də “Axios”a açıqlamasında İranla bağlı qərar verməyə tələsmədiyini, diplomatik danışıqların davam etdiyini bild
10:07 05.11.2026
Oxunuş sayı: 63