Rusiya neftini daşıyan iki tanker ABŞ-yə getməkdən imtina edib
Rusiyadan dizel yanacağı daşıyan və ABŞ-yə istiqamətlənən üç tankerdən ikisi marşrutunu dəyişərək Amerika limanlarına çatmadan başqa istiqamətlərə üz tutub.
Crossmedia.az xəbər verir ki, “Financial Times” (FT) bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, “Talisman” tankeri hazırda Əlcəzair sahillərində yerləşir və növbəti göstərişləri gözləyir. “Leruo” tankeri isə istiqamətini dəyişərək Braziliyaya üz tutub.
Üçüncü tanker – “Agioi Fanendes” Nyu-York istiqamətində hərəkətini davam etdirsə də, yükün boşaldılması ilə bağlı əlavə göstərişlər gözləyir.
“Kpler” şirkətinin analitiki Mett Smitin qiymətləndirməsinə görə, marşrutların dəyişdirilməsi amerikalı alıcıların hüquqi məhdudiyyətlərdən və sanksiyalarla bağlı mümkün risklərdən ehtiyatlanması ilə əlaqəli ola bilər.
Analitik hesab edir ki, mövcud qeyri-müəyyənlik səbəbindən üçüncü tankerin də ABŞ limanlarına daxil olmaqdan imtina etməsi istisna deyil.
11:10 05.11.2026
Oxunuş sayı: 66