Çərşənbə axşamı doğulanlar niyə daha inadkar hesab olunur?
Astroloqların fikrincə, çərşənbə axşamı doğulan insanlar güclü iradələri, inadkarlıqları və məqsədyönlü olmaları ilə seçilirlər.
Crossmedia.az xəbər verir ki, “Parade” nəşri bu barədə məlumat yayıb.
Astroloji yozumlara görə, bunun səbəbi həmin günün Mars planeti ilə əlaqələndirilməsidir. Müharibə və mübarizə simvolu hesab edilən Mars cəsarət, qətiyyət və dözümlülüyü təmsil edir.
Bu inanca əsasən, çərşənbə axşamı dünyaya gələn insanlar həftənin digər günlərində doğulanlarla müqayisədə daha güclü mübarizə ruhuna malik olurlar. Onlar qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün çətinliklərdən çəkinmir, başladqları işi sona çatdırmağa çalışırlar.
Qeyd edək ki, astrologiyanın elmi əsası yoxdur. Bu cür yanaşmalar qədim inanclara və simvolik yozumlara əsaslanır, elmi tədqiqatlarla təsdiqlənməyib və daha çox əyləncə xarakteri daşıyır.
08:00 05.11.2026
Oxunuş sayı: 69