Gürcüstan Aİ ilə açıq dialoqa çağırış edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqına (Aİ) ölkə ilə dialoqa başlamağı və müzakirələrin qapalı deyil, ictimai şəkildə aparılmasını təklif edib.
Crossmedia.az xəbər verir ki, Kobaxidze bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında bildirib.
Baş nazir bütün məsələlərin açıq və ictimai müzakirəsinin tərəfdarı olduqlarını vurğulayıb.
“Biz təklif edirik ki, bütün məsələlər açıq şəkildə müzakirə olunsun. Haqlı olduğumuza və suverenliyimizi qoruduğumuza əminik. Gürcüstanı daha inkişaf etmiş və demokratik ölkə kimi görmək istəyirik”, – deyə Kobaxidze bildirib.
O, həmçinin Avropa İttifaqının Gürcüstana münasibətinin dəyişəcəyinə və tərəflər arasında müsbət əlaqələrin qurulacağına ümid etdiyini bildirib.
“Biz nikbin əhval-ruhiyyədəyik və Avropa İttifaqının Gürcüstana münasibətinin yaxşılığa doğru dəyişəcəyinə inanırıq. Öz ləyaqətimizi və suverenliyimizi qoruyaraq Avropa İttifaqına üzv olmaq istəyirik”, – deyə baş nazir qeyd edib.
22:04 04.11.2026
Oxunuş sayı: 63