Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynada səfərdədir
Azərbaycanın energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyətinin Ukraynaya səfəri başlayıb.
Crossmedia.az-ın məlumatına görə, səfər çərçivəsində baş tutacaq Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyasının iclası və biznes forum noyabrın 5-də Ukraynanın Ujqrod şəhərində keçiriləcək.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra Hökumətlərarası Komissiyanın iclası ilk dəfə bu ölkədə keçiriləcək. (Report)
21:47 04.11.2026
Oxunuş sayı: 60