Şimali Koreya yeni hava hücumundan müdafiə sistemini sınaqdan keçirib
Şimali Koreya noyabrın 4-də yeni hava hücumundan müdafiə (HHM) sisteminin texniki imkanlarını və etibarlılığını yoxlamaq məqsədilə raket sınağı həyata keçirib.
Crossmedia.az xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) bu barədə məlumat yayıb.
Sınaq Koreya Əmək Partiyasının Mərkəzi Hərbi Komissiyasının üzvü, ordu generalı Kim Çon Sikin rəhbərliyi altında keçirilib.
Məlumata görə, sınaq zamanı raketin hazırlanmasında istifadə olunan yeni materialların texniki xüsusiyyətləri və etibarlılığı yoxlanılıb.
Həmçinin intellektual çoxkomponentli tuşlama sisteminin fəaliyyəti, hədəflərin aşkarlanması, tanınması və izlənilməsi imkanları, eləcə də məlumatların emalı qurğusunun texniki göstəriciləri qiymətləndirilib.
Şimali Koreya tərəfi sınağın yeni hava hücumundan müdafiə sisteminin nəzərdə tutulan texniki xüsusiyyətlərini təsdiqlədiyini bildirib.
13:05 05.11.2026
Oxunuş sayı: 68