Türkiyədə güclü sel can aldı
Türkiyənin Hatay vilayətinin Dörtyol rayonunda güclü yağışların səbəb olduğu sel nəticəsində bir uşaq həyatını itirib.
Crossmedia.az xəbər verir ki, “A Haber” bu barədə məlumat yayıb.
Noyabrın 4-də səhər saatlarından başlayan leysan yağışları gecə saatlarında da davam edərək rayonda daşqınlara səbəb olub.
Güclü yağıntılar nəticəsində bəzi küçə və prospektləri su basıb, çaylar məcrasından çıxıb.
Dörtyolun Özerli məhəlləsində sel sularına qapılan uşaq çaya düşüb. Hadisə yerinə cəlb olunan axtarış-xilasetmə qrupları uşağı düşdüyü yerdən təxminən bir kilometr aralıda aşkar ediblər.
Sudan huşsuz vəziyyətdə çıxarılan uşağa ilkin tibbi yardım göstərilib. Ürək masajından sonra xəstəxanaya çatdırılan uşaq həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını itirib.
14:30 05.11.2026
Oxunuş sayı: 54