Emoməli Rəhmon Mərkəzi Asiyada iri neft emalı zavodunun tikintisi təşəbbüsü ilə çıxış edib
Tacikistan Prezidenti Emoməli Rəhmon Mərkəzi Asiyada iri neft emalı zavodunun (NEZ) tikintisi məsələsinə baxılmasını təklif edib.
Crossmedia.az xəbər verir ki, Tacikistan Prezidenti bu təşəbbüslə Çolpon-Atada Mərkəzi Asiya və Azərbaycan dövlət başçılarının qeyri-rəsmi məşvərət görüşündə çıxış edib.
E.Rəhmonun sözlərinə görə, enerji təhlükəsizliyi məsələsi regionun dayanıqlı inkişafının əsas amillərindən biridir və birgə qərarlar tələb edir:
"Təklif edirəm ki, ən yeni texnologiyalar cəlb edilməklə regionda iri neft emalı zavodunun tikintisi məsələsini işləyib hazırlamaq aidiyyəti qurumlarımıza tapşırılsın. Bununla yanaşı, əlbəttə ki, ilk növbədə region ölkələrinin kritik vacib neft məhsulları növlərinə olan daxili tələbatı nəzərə alınmalıdır".
13:21 31.07.2026
Oxunuş sayı: 50