Zelenski Ukrayna və Rusiyanın itkilərini açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski müharibə dövründə Ukrayna Silahlı Qüvvələri və Rusiya ordusunun itkiləri ilə bağlı yeni rəqəmlər açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "Fox News" telekanalına müsahibəsində bu barədə danışan Zelenski Rusiyanın ümumilikdə 1,6 milyon hərbçi itirdiyini, onlardan təxminən 700 mininin həlak olduğunu iddia edib.
Ukraynanın itkilərinə toxunan dövlət başçısı bütün məlumatları açıqlamaq istəmədiyini, bunun Rusiyaya Ukrayna ordusunun vəziyyəti barədə əlavə məlumat verə biləcəyini bildirib.
Bununla belə, Zelenski deyib ki, Ukrayna tərəfində təxminən 50 min hərbçi həlak olub, 400 minə yaxın hərbçi yaralanıb. O, həmçinin çox sayda hərbçinin itkin düşdüyünü qeyd edib.
Qeyd edək ki, "The New York Times" nəşrinin daha əvvəl yaydığı məlumata görə, Rusiya-Ukrayna müharibəsi ərzində hər iki tərəfdən ümumilikdə iki milyondan çox hərbçi həlak olub və ya yaralanıb.
14:56 31.07.2026
Oxunuş sayı: 53