Tsarukyan: Ermənistan Aİ ilə AİB arasında süni seçim qarşısında qalıb
Həbsdə olan "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan Ermənistanın Avropa İttifaqı ilə Avrasiya İqtisadi Birliyi (AİB) arasında süni seçim qarşısında qoyulduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, "Sputnik Ermənistan" bu barədə məlumat yayıb.
Tsarukyan Yerevan-Kentron Həbsxanasından yaydığı bəyanatda ölkənin yaxın aylarda ciddi geosiyasi sarsıntılarla üzləşə biləcəyini deyib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi, İran–ABŞ qarşıdurması, Azərbaycanın tələbləri və Türkiyənin mövqeyi Ermənistan üçün ciddi risklər yaradır.
Siyasətçi bildirib ki, ölkənin iqtisadi problemləri ilə yanaşı, Ermənistanın Aİ və ya AİB arasında seçim etməyə məcbur edilməsi narahatlıq doğurur və bu məsələ artıq hökumətlə müxalifət arasındakı qarşıdurmadan kənara çıxaraq bütün cəmiyyətə təsir göstərə biləcək təhlükəyə çevrilib.
Qeyd edək ki, Qaqik Tsarukyan iyulun əvvəlində xüsusilə külli miqdarda dələduzluq, çirkli pulların yuyulması və digər cinayət əməllərində ittiham olunaraq iki aylıq həbs edilib. O isə bütün ittihamları siyasi motivli və əsassız adlandırır.
13:54 31.07.2026
Oxunuş sayı: 51