Nihad Süleymanlı 1/4 finala vəsiqə qazanıb
Azərbaycanın sərbəst güləşçisi Nihad Süleymanlı Bakıda təşkil olunan U-17 dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.
Crossmedia.az-ın məlumatına görə 80 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda qırğızıstanlı Ali Zakirjanovu 10:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
13:27 31.07.2026
Oxunuş sayı: 52