Macarıstanda "Paks" AES-in fəaliyyəti dayandırıla bilər
Macarıstanın Baş naziri Peter Macar Dunay çayında suyun səviyyəsinin kəskin azalması səbəbindən "Paks" Atom Elektrik Stansiyasının (AES) fəaliyyətinin bir neçə həftəlik dayandırıla biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, stansiyanın fəaliyyətinin avqustun 3-dən etibarən dayandırılması gözlənilir.
Baş nazir qeyd edib ki, Dunay çayında suyun səviyyəsi reaktorların soyudulması üçün tələb olunan həddən aşağı düşə bilər və bu vəziyyət bir neçə həftə davam edə bilər.
14:17 31.07.2026
Oxunuş sayı: 47