Milçəklərdən qurtulmağın ən sadə yolları açıqlandı
Yay aylarında havaların isti keçməsi ilə evlərdə milçəklərin sayı artır. Mütəxəssislər isə kimyəvi vasitələrdən istifadə etmədən onlardan xilas olmağın üsullarını açıqlayıblar.
Crossmedia.az xəbər verir ki, "ITV" bu barədə məlumat yayıb.
Zərərvericilərlə mübarizə üzrə mütəxəssis Viki Holl bildirib ki, alma sirkəsi və qab yuyan vasitənin qarışığı xüsusilə meyvə milçəklərinə qarşı təsirlidir. Onun sözlərinə görə, sirkə həşəratları cəlb edir, qab yuyan vasitə isə onların mayenin içində boğulmasına səbəb olur.
Ekspert həmçinin plastik butulkadan hazırlanan sadə tələnin də effektiv olduğunu qeyd edib. Bundan başqa, qovrulmuş üyüdülmüş qəhvənin qoxusunun milçəkləri uzaqlaşdıra biləcəyi bildirilir.
Viki Holl evlərdə açıq pəncərələrə tor quraşdırılmasını da tövsiyə edib. Onun sözlərinə görə, bu üsul həm otağın havalanmasına imkan verir, həm də həşəratların evə daxil olmasının qarşısını alır.
Mütəxəssislər əlavə edirlər ki, evdə qida qalıqlarının və tullantıların vaxtında təmizlənməsi də milçəklərin sayını azaltmağa kömək edir.
15:26 31.07.2026
Oxunuş sayı: 58