Avqustda hamını gözləyən astroloji sınaq: Bu tarixədək ehtiyatlı olun
Astroloqların fikrincə, 2026-cı ilin avqust ayı Neptunun geriləmə hərəkəti səbəbindən bir çox insan üçün mühüm dəyişikliklər dövrü olacaq.
Crossmedia.az xəbər verir ki, "UNIAN" bu barədə məlumat yayıb.
Astroloq İrina Nijnik bildirib ki, Neptunun geriləmə hərəkəti iyulun 7-də başlayıb və dekabrın 12-dək davam edəcək. Onun sözlərinə görə, bu dövr insanlara uzun müddət idealizə etdikləri münasibətlərə, maliyyə qərarlarına və həyat seçimlərinə daha ayıq baxmağa imkan verəcək.
Ekspert qeyd edib ki, Neptun geriyə hərəkət etdiyi zaman gizli qalan həqiqətlər üzə çıxır, insanlar isə əvvəllər görmək istəmədikləri reallıqla üzləşə bilirlər.
Astroloqun sözlərinə görə, bu dövr xüsusilə münasibətlər, maliyyə və peşə həyatı ilə bağlı qərarlarda diqqətli olmağı tələb edir. Riskli investisiyalar, asan qazanc vədləri, emosiyalar əsasında verilən mühüm qərarlar və sənədlərin imzalanması tövsiyə olunmur.
İrina Nijnik hesab edir ki, retrograd Neptun psixoterapiya, meditasiya, yaradıcılıq, daxili inkişaf və həyatın yenidən qiymətləndirilməsi üçün əlverişli zamandır.
Qeyd edək ki, astrologiya elmi metodlarla təsdiqlənmiş sahə deyil və bu cür proqnozlar əyləncə xarakteri daşıyır. Astroloji şərhlər qərar qəbul etmək üçün etibarlı əsas hesab olunmur.
15:12 31.07.2026
Oxunuş sayı: 66