Əfsanəvi aşpazın sirri: "Tony" avqustda kinoteatrlarda
Əfsanəvi aşpaz və televiziya aparıcısı Entoni Burdenin gənclik illərindən bəhs edən "Tony" bioqrafik filmi avqustun 20-də Ukraynada nümayiş olunacaq.
Crossmedia.az xəbər verir ki, "UNIAN" bu barədə məlumat yayıb.
A24 studiyasının çəkdiyi ekran əsəri 1975-ci ildə, Burdenin hələ 19 yaşında olduğu dövrü əhatə edir. Film onun sadə qab yuyan kimi başladığı restoran işinin sonradan həyatını tamamilə dəyişməsini və dünya şöhrətli aşpaza çevrilməsinin başlanğıcını göstərir.
Rejissor Mett Conson bildirib ki, məqsəd məşhur aşpazın bütün həyatını deyil, onu formalaşdıran ən vacib mərhələni nümayiş etdirmək olub.
Filmdə gənc Entoni Burden obrazını Dominik Sessa canlandırır. Ekran əsərində həmçinin Antonio Banderas, Emiliya Cons və Leo Vudall da rol alıblar.
Qeyd edək ki, Entoni Burden "Kitchen Confidential" kitabı və kulinariya-səyahət verilişləri ilə dünya şöhrəti qazanmış, 2018-ci ildə vəfat etmişdi. Film onun məşhurlaşmazdan əvvəl keçdiyi yolu və xarakterinin formalaşmasını izləyicilərə təqdim edəcək.
14:52 31.07.2026
Oxunuş sayı: 60