Rusiya: Ukraynada sənaye və logistika obyektləri vurulub
Rusiya Müdafiə Nazirliyi ötən həftə ərzində Ukrayna ərazisində kütləvi və 15 qrup zərbəsinin endirildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "İnterfaks" bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, yüksək dəqiqlikli silahlarla Ukraynanın müdafiə sənayesi müəssisələri, logistika mərkəzləri, yanacaq-energetika və nəqliyyat infrastrukturuna aid obyektlər vurulub.
Ukrayna tərəfi Rusiya Müdafiə Nazirliyinin bu açıqlaması ilə bağlı hələlik rəsmi münasibət bildirməyib.
14:49 31.07.2026
Oxunuş sayı: 56